Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin sonuncu Sərəncamları əhalinin maddi-rifahı naminə atılan növbəti uğurlu addımdır

0

  • Ölkə başçısı cənab İlham Əliyev prezidentliyi dövründə dəfələrlə sosial rifahın müdafiəsi və qorunması üçün sərəncamlar imzalamış və bu sərəncamların icrası daim təmin olunmuşdur. Dünyada və ölkəmizdə pandemiya dövrünün yaratdığı çətinliklər, Vətən müharibəsindən uzun müddət keçməməsi belə ölkə vətəndaşlarının maddi-rifahını artırmaq istiqamətində aparılan işlərə maneə olmamışdır. Prezident İlham Əliyevin sonuncu sərəncamları da bu qəbildən olan növbəti addımdır. 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamını rəhbər tutaraq 2022-ci il yanvarın 1-dən minimum əmək haqqının 300 manat müəyyən edilməsi məhz bu qrupdan olan insanların rifahının yaxşılaşdırılmasına və gəlirlərinin artmasına səbəb olacaq. Dövlət ümumi təhsil müəssisələrində çalışan və bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağrışaqədərki hazırlıq rəhbərlərinin əmək haqları isə 40 faiz artırılmaqla həmin şəxslərin maddi durumunun yaxşılaşdırılmasına hesablanan növbəti sərəncamdır. Bu sərəncam pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin daha həvəslə və məsuliyyətlə çalışmasına səbəb olacaqdır. Əmək haqqı artımı silsilə xarakter daşıyır və ölkə vətəndaşlarının güzəranın daha yüksək səviyyəli olmasına hesablanır. Fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının da 2022-ci il yanvarın 1-dən orta hesabla 30 faiz artırılması bu tədbirlərin tərkib hissəsidir. Doktorantura, magistratura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəxslərin təqaüdlərinin müvafiq olaraq artırılması ixtisaslı kadrların hazırlanması və maddi durumunun yaxşılaşdırılması istiqamətində atılan çox mühüm amillərdəndir. Sərəncam həm də təhsilin, elmin dövlət tərəfindən əlçatanlığının təmin olunması, dövlətin təhsil siyasətinə verdiyi dəyərin göstəricisidir. Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncamla həmin təbəqədən olan şəxslərin təqaüdləri də artırılır. Məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsilllə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə qərara qəbul edilmişdir. Azyaşlı uşaqlara dövlət qayğısı da ölkə başçımızın qəbul etdiyi qərarların tərkib hissəsidir. Uzaqgörən və qalib sərkərdəmizin sonuncu Sərəncamları bütün ölkə əhalisi kimi, bizləri də sevindirir və həmişəki kimi onun ətrafinda sıx birləşməmizə təkan verir. Ülviyyə Rəhimli Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib56 dəfə
    Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin sonuncu Sərəncamları əhalinin maddi rifahı naminə atılan növbəti uğurlu addımdır

    Maraqlı gələ bilər
    50
    55
    44
    55
    72
    53